Hərbi Dəniz Qüvvələrinin təlimləri sona çatıb - FOTO

Hərbi Dəniz Qüvvələrinin təlimləri sona çatıb – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Avqustun 22-dən Hərbi Dəniz Qüvvələrində başlayan təlimlər bu gün sona çatıb.
“A24.az” bildirir ki, 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusunun iştirakı ilə baş tutan təlimlər bir neçə mərhələdə həyata keçirilib.
Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların cəlb olunduğu təlimlərdə şəxsi heyət qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.
Təlimlərin döyüş atışlı əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar