Hərbi ekspert PKK-nın yalanını ifşa etdi - FOTOLAR

Hərbi ekspert PKK-nın yalanını ifşa etdi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

“Ötən gün Afrində Türkiyə Silahlı Qüvvələrinə aid “Leopard – 2” tankının PKK tərəfindən “Konkurs” raketi ilə vurulması bir neçə sualı ortaya çıxardı”.

A24.Az xəbər verir ki, bu haqda məlumatı hərbi ekspert Rəşad Süleymanov öz “Facebbok” səhifəsində yazıb. Ekspert sual yaradan bəzi məqamları açıqlayıb.

R.Süleymanov bildirir ki, əməliyyat zonasına göndərilmiş həm Leopard, həm də M-60 tankları zirehsizdir:

“Tanklar nəinki aktiv, dinamik müdafiə ilə də təchiz olunmayıb. Tankların üzərində yaxın döyüş və hava hədəfləri ilə mübarizə aparmaq üçün pulemyotlar qurulmayıb. Yaşayış məntəqələrində döyüşlərdə tank və zirehli texnikanı kumulyativ mərmilərdən mühafizə etmək üçün nəzərdə tutulan dəmir barmaqlıqlar heç bir tankda görünmür. Hansı ki PKK /PYD qüvvələrinin əlində RPQ lərin olduğu şübhəsizdir. Və hərbi texnikanın vəziyyəti, dislokasiya marşrutu sosial şəbəkələrdə və saytlarda açıq şəkildə nümayiş olunur”, – deyə R.Süleymanov qeyd edib.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar