A24 Xeber

Hərbi ekspert “sülh göyərçinləri”ni ifşa etdi: “Siz kimi və nəyi aldadırsınız?”

Hərbi ekspert “sülh göyərçinləri”ni ifşa etdi: “Siz kimi və nəyi aldadırsınız?”
1. 256
13 Mart 2017 - 15:31

Ermənistan-Azərbaycan Sülh Platforması ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlanda dəstəyini ifadə edən bəyanat yayıb.

A24.Az-ın məlumatına görə, bəyanatda qeyd edilir ki, Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə tərəfləri olan ölkələrin dövlət rəhbərlərinin açıqlamasında əksini tapan müharibə ritorikasının Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada biləcəyindən narahatdır.

Platforma tərəfləri münaqişənin yeganə həll yolu olan sülh danışıqlarının substantiv əsasda təcili bərpasına çağırır: “Təqdirəlayiq haldır ki, bəyanatdan bir gün sonra, martın 11-də, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland keçirdiyi mətbuat konfransında danışıqların başlanmasının vacibliyini bildirdi. Sülh Platforması ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqlandın bu bəyanatını tam dəstəkləyir, Ermənistan və Azərbaycan rəhbərlərinin münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində təxirəsalınmadan danışıqlara başlamağa çağırır”.

Yayılan bəyanatı A24.Az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, indi sizin diqqətinizə həmin uğursuz bəyanatdan təqdim edəcəyim cümlələrdə görün Azərbaycan haqlı olan tərəf kimi deyil, işğalçı Ermənistanla eyni tərəzinin gözünə qoyulub və faktiki özümüz-özümüzü olmayan bir suçda günahlandırırıq.

“Bəyandan sitat:””Ermənistan-Azərbaycan Sülh Platforması münaqişə tərəfləri olan ölkələrin dövlət rəhbərlərinin açıqlamasında əksini tapan müharibə ritorikasının Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada biləcəyindən narahatdır””. Xahiş edirəm bu cümləni bir balaca xırdalayaq. 1. Münaqişə tərəfləri dedikdə Ermənistan və Azərbaycan nəzərdə tutulur. 2. Dövlət rəhbərləri dedikdə Serj Sarkisyan və İlham Əliyev nəzərdə tutulur. 3. Müharibə ritorikasının Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada biləcəyindən narahatdır” deyən “ağıllı Sülh göyərçinləri” kimi nəzərdə tuturlar? Torpaqları işğalda olan Azərbaycan. İşğalçı ölkə Ermənistan.

Bizi müharibə ilə addımbaşı hədələyən və hədələrinin ardı-arası kəsilməyən Ermənistan prezidenti Serj Sarkisyan və generalları. Biz nə vaxt Ermənistanı hədələmişik ki? Bizim yeganə istədiyimiz Azərbaycanın işğal altında olan ərazilərinin tez bir zamanda boşaldılması, ərazi bütövlüyümüzün təmini və suverenliyimizin tam bərpası olub. 20 ildən artıq işğalçılıq siyasətini davam etdirən Ermənistan heç bir beynəlxalq hüquq və normalara əməl etmir və bu münaqişənin həllinə cavabdeh ATƏT-in Minsk qrupunun həmsədrləri və təmsil olunduqları dövlətlər də zərrə qədər də irəliləyişə nail olmayıblar. Elə bəyanat müəlliflərinin guya səylərini dəstəklədikləri (dünən gələn həmsədrin, yaxud bundan əvvəlki həmsədrlərin hansı uğurları olub ki, biz nə görmüşük, nə də eşitmişik?!) amerikalı yeni həmsədrin hansı sözlərini belə ürəkdən dəstəkliyiblər görəsən? Azərbaycanın güc yolu ilə torpaqlarını işğaldan azad etmək niyyətinin qarşısını almağa yönəlik çıxışımı xoşlarına gəlib “Sülh göyərçinlərinin”?

Hərbi ekspert qeyd etdi ki, bütün bunları bildiyiniz halda, siz nədən yenə mənasız və perspektivsiz danışıqlar prosesinə səsləyirsiniz? Sizə elə gəlmirmi ki, sizin istəyiniz sırf Ermənsitanın status-kvonun deyişməməsinə hesablanmış fəaliyyəti ilə üst-üstə düşür? Mən sizi başa düşürəm ki, sizə xarici donorlardan külli miqdarda qrant şəklində maliyyə vəsaiti almaq lazımdır ki, siz də özünüz üçün Sülh Platforması adı ilə bir neçə il xarici ölkələrdə bir qrup hazıryeyən jurnalistlər və QHT-lər, siyasətçi və rəsmi, qeyri-rəsmi şəxslər hansısa mənasız Qarabağ müzakirələrinə başlayasınız. Əgər bu münaqişənin həllini üzərinə götürmüş beynəlxalq qurumlar bu 20 ildə heç nəyə nail ola bilməyibsə, siz adi, sıravi vətəndaşlar nəyə ümid edirsiniz? Ən əsası, bu Sülh Platformasında təmsil olunan Ermənsitan nümayəndələrini İrəvanda bir nəfər rəsmi qurum və ya şəxs qəbul etmirsə, siz kimi və nəyi aldadırsınız? Biz Xalq diplomatiyasını, bu diplomatiyada Ermənistanın və Azərbaycanın Rusiyadakı səfirlərini də görmüşük, QHT-ləri də, jurnalsitlərin də Qarabağ üçün keçirtdikləri çoxsaylı görüşlərini də, müzakirələrini də görmüşük. Bəri başdan deyirəm ki, bu Sülh Platforması da özümüz-özümüzü aldatmaqdan başqa bir şey deyil. Və başlanğıcı da çox uğursuzdur. Ziyanın yarısından qayıtmağın özü də bir xeyirdir”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00