"Hərbi məktəblərdəki FETÖ-nün bütün üzvlərini tamamilə təmizlədik, Silahlı Qüvvələrdə isə..." - Müdafiə naziri DANIŞDI

“Hərbi məktəblərdəki FETÖ-nün bütün üzvlərini tamamilə təmizlədik, Silahlı Qüvvələrdə isə…” – Müdafiə naziri DANIŞDI
Want create site? Find Free WordPress Themes and plugins.
“Hərbi məktəblərdəki FETÖ-nün bütün üzvlərini tamamilə təmizlədik, amma Türkiyə Silahlı Qüvvələrindəki mübarizə davam edir, daha uzun müddət də davam edəcək kimi görünür”.
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Nurəddin Canik deyib. Canik, Türkiyə Silahlı Qüvvələri (TSQ) və bütün qurumlardakı FETÖ ilə bağlı mübarizəyə dair sualları cavablandırıb. TSQ başda olmaqla, ölkə daxilində FETÖ ilə mübarizənin bitmədiyini, davam etdiyini bildirən Canik, sadəcə, hərbi məktəblərin FETÖ-dən təmizləndiyini qeyd edib. 15 iyul dövlət çevrilişi cəhdinin ardından hərbi məktəblərin bağlanıldığını, tələbələrin, müəllim heyətinin, imtahan komissiya üzvlərinin qanun hökmündə fərman (KHK) ilə uzaqlaşdırıldığını və məktəblərin Milli Müdafiə Nazirliyi nəzdində yenidən qurulduğunu bildirən Canik bunları vurğulayıb: “Bütün təhsil işçiləri, təhsil heyəti, bütün sistem sıfırlanıb, hər şeyə sıfırdan başladıq. Bu səbəbdən hərbi məktəblərdəki FETÖ-nün bütün qurmalarını tamamilə təmizlədik. Amma TSQ-dəki mübarizə davam edir, daha uzun müddət də davam edəcək kimi görünür”. Müdafiə naziri 15 iyuldan əvvəl hərbi məktəblərin tələbə qəbulunun bütün mərhələlərində FETÖ-nün hakim olduğunu, sağlamlıq hesabatı verən qurumlardan təhsil işçilərinə qədər hamısının təşkilat tərəfindən nəzarət altında olduğunu təsbit etdiklərini söylədi. Keçirilən əməliyyatlar zamanı TSQ-da 2 mindən çox FETÖ-çunun aşkarlandığını vurğulayan Canik, bu adamların Silahlı Qüvvələrdən uzaqlaşdırıldığını və hazırda məhkəmə proseslərinin davam etdiyini bildirib. Bütün qurumlar FETÖ-dən təmizlənib kimi bir vəziyyət söz mövzusu deyil” deyən Canik, “FETÖ-nün kripto quruluşunun davam etdiyini söyləyib: “Çox diqqətliyik, hər tərəfdən işlərimizi davam edib, araşdırırıq. Hazır ki vəzifəmiz gizli qalmış, təşkilat tərəfindən xüsusilə üzə çıxmaları törətmək üçün ən gizli mühafizə olunmağa çalışan təşkilat mənsublarını müəyyən edib, cəzalandırılmasını təmin etməkdir” deyə müdafiə naziri vurğulayıb.
Orxan Aslanlı, A24.Az
Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar