Hərbi texnika DÜŞÜNCƏ GÜCÜ ilə idarə ediləcək

Hərbi texnika DÜŞÜNCƏ GÜCÜ ilə idarə ediləcək
Want create site? Find Free WordPress Themes and plugins.

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency – DARPA) nümayəndələri təşkilatın yaradılmasının 60 illiyinə həsr edilən simpoziumda hazırda mühəndislərin hazırladığı ən maraqlı texnologiyalar barədə məlumat veriblər.

A24.Az “Hightech” resursuna istinadən yazır ki, “DARPA” təmsilçiləri həmçinin “N3” texnologiyası – hərbi texnikanı fikrin gücü ilə idarə etməyə imkan verən növbəti nəsil qeyri-cərrahi neyrosistem haqqında söz açıblar.

Məlumata görə, “N3” proqramı beyinin cərrahi müdaxilə və ya müxtəlif mürəkkəb prosedurlar tələb etməyən kompüter interfeysinin yaradılmasını nəzərdə tutur. Mühəndislərin əsas məqsədi texnikanın idarə edilməsi üçün beyin siqnallarından istifadədən ibarətdir. Bu, həmçinin əlillərə döyüş əməliyyatları yerlərində olmağa imkan verəcək.

Layihə fantastik görünməsinə baxmayaraq onun yaxın gələcəkdə həyata keçiriləcəyi gözlənilir. Bundan başqa, artıq oxşar sistemlərin prototipləri mövcuddur, lakin mükəmməl texnologiyanın yaradılmasını hələ çox gözləmək lazım gələcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Texnologiya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar