A24 Xeber

Hərbi zavodda partlayış: 20 yaralı

Hərbi zavodda partlayış: 20 yaralı
566
26 Mart 2017 - 0:43

Hindistanın Madhya-Pradeş ştatının Hamariya şəhərində yerləşən hərbi zavodda silsilə partlayışlar baş verib.

A24.Az “Report”a istinadən bildirir ki, insident nəticəsində müəssisənin 20 əməkdaşı yaralanıb.
Bildirilir ki, ilk partlayış 125 millimetrlik tank əleyhinə mərmilərin göndərilməsi zamanı baş verib. Ardınca daha 30 güclü partlayış səsi eşidilib. Daha sonra zavodun müəssisələrində yanğın başlayıb. Nəticədə iki sex tamamilə məhv olub.
Partlayışların səbəbi məlum deyil.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00