A24 Xeber

Həşdi Şabi: Türkiyənin İraqda əməliyyat keçirməsinə qarşıyıq

Həşdi Şabi: Türkiyənin İraqda əməliyyat keçirməsinə qarşıyıq
28
06 Aprel 2018 - 21:29

Həşdi Şabi sözçüsü Kərim əl Nuri Türkiyə Ordusunun İraqda əməliyyat keçirməsinə qarşı olduqlarını deyib.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri (TSQ), İraqın şimalındakı Hakurk və Zap bölgələrinə təşkil olunan hava hərəkatlarında cəmi 59 terrorçunun zərərsizləşdirildiyini deyib.

“Sputnik”ə danışan Kərim əl Nuri, “Türk ordusunu İraq Kürd Regional Rəhbərliyinin paytaxtı Ərbilin şimalına qurudan girməsi, İraqın suverenliyinin pozulması mənasına gəlir. Bu vəziyyətdən ancaq diplomatik yollarla çıxmaq və İraq Xarici İşlər Nazirliyi bunun üçün BMT-yə müraciət edə bilər”, – deyə Kərim əl Nuri qeyd edib.

Türkiyənin İraq torpaqlarında əməliyyat keçirməsinə qarşı olduqlarının vurğulayan Nuri, “İraq özü torpaqlarını qoruya bilər. Başqa heç bir ölkə bu haqqa sahib deyil. İraqın üçüncü ölkələr arasında toqquşma sahəsi olmasına imkan verməyəcəyik. Münaqişələrin sülh yolu ilə həll edilməsini istəyirik”, deyə Kərim əl Nuri bildirib.

Orxan Aslanlı // A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00