Həsən bəy Zərdabi ata yurdunda nə qədər tanınır? - VİDEOSORĞU

Həsən bəy Zərdabi ata yurdunda nə qədər tanınır? – VİDEOSORĞU
Want create site? Find Free WordPress Themes and plugins.

“Maarifdən, elmdən uzaq olan şəxs işıqdan da məhrumdur”.

“A24.az” bildirir ki, bu sözlərin müəllifi Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzun, islam dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda və bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi, Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk türkdilli qəzetin — “Əkinçi”nin naşiri, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri Həsən bəy Zərdabidir.

Maraqlıdır, H.B. Zərdabini doğulub boya-başa çatdığı Zərdab rayonunda nə qədər tanıyırlar? “Sputnik Azərbaycan”ın bölgə müxbiri bu suala cavab tapmaq məqsədilə rayon sakinləri arasında video-sorğu keçirib.

Rayon sakinlərinin fikirləri müxtəlif olub. Əhali arasında dahi publisisti tanıyanlar çox olsa da, təəssüf ki, tanımayanlar da tapılıb.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Media, Video Xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar