A24 Xeber

Həsən Ruhani Azərbaycan prezidentini təbrik edib

Həsən Ruhani Azərbaycan prezidentini təbrik edib
32
12 Aprel 2018 - 13:19

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

A24.Az APA-ya istinadən xəbər verir ki,  təbrik məktubunda deyilir:

“Sizi yenidən prezident seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu seçim Azərbaycan xalqının hökumətinizin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiyini və sizin rəhbərliyinizlə bu inkişafın davam etdirilməsində maraqlı olduqlarını göstərir. Şübhəm yoxdur ki, iki ölkə xalqlarının oxşar mədəni, dini və tarixi köklərinə əsaslanan İran-Azərbaycan dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etdiriləcək. Allahdan sizin üçün sağlamlıq və müvəffəqiyyət, Azərbaycan xalqı üçün rifah diləyirəm”.

A24.Az 

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00