A24 Xeber

Həsən Ruhani Ərdoğana məktub yazıb

Həsən Ruhani Ərdoğana məktub yazıb
24
09 Avqust 2018 - 16:31

 İran Prezidenti Aparatının rəhbəri Mahmud Vaezi Türkiyəyə səfər edib.

O, İran prezidenti Həsən Ruhaninin məktubunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çatdıracaq.

M.Vaezi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və başqa yüksək vəzifəli şəxslərlə görüşəcək.

Qeyd edək ki, avqutsun 8-də Türkiyənin energetika və təbii ehtiyalar naziri Fateh Dönməz bildirib ki, rəsmi Ankara ABŞ-ın İrana qarşı tətbiq etdiyi sansksiyalara qoşulmayacaq.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00