A24 Xeber

Həsən Ruhani Trampla razılığa gəlir?

Həsən Ruhani Trampla razılığa gəlir?
46
06 May 2018 - 12:50

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkə  hökuməti Amerika lideri Donald Trampın Tehranın nüvə proqramı üzrə sazişlə bağlı istənilən qərarına hazırdır.

“Növbəti həftə bizim həyatımıza heç bir dəyişiklik gətirməyəcək. Trampın hansı qərar qəbul etməsindən asılı olmayaraq, bizim planlarımız var, biz müqavimət göstərəcəyik”, – deyə Ruhani Sebzevar şəhərində ölkə sakinləri qarşısında çıxışı zamanı bildirib.

ABŞ prezidenti Donald Tramp mayın 12-nə qədər Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin yekunu üzrə Amerikanın İranın nüvə proqramı üzrə sövdələşmədən çıxıb-çıxmayacağına qərar verəcək.

Report.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00