Həsən Ruhaninin tələbinə rədd cavabı verildi

Həsən Ruhaninin tələbinə rədd cavabı verildi
Want create site? Find Free WordPress Themes and plugins.

 İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei müxalif liderlər – ölkə parlamentinin keçmiş sədri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvinin ev dustaqlığından azad olunmaları ilə bağlı tələbini rədd edib.

“A24.Az” “Anadolu”ya istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani və Milli Təhlükəsizlik Ali Şurası onların azad edilmələri ilə bağlı ayətulah Xaməneiyə müraciət etmişdi.

İranın ali rəhbəri müraciətə cavab olaraq bildirib: “Ölkədə aradan qaldırılası daha əhəmiyyətli problemlər var. Hökumət və Milli Təhlükəsizlik Ali Şurası bu problemlərin təqibçisi olmağı istəməlidir”.

Qeyd edək ki, Mehdi Kərrubi və Mirhüseyn Musəvi 2009-cı ildə keçirilən prezident seçkisində namizəd olublar. Onların tərəfdarları seçkinin saxtalaşdırılmasına etiraz olaraq aksiya keçirmişdi. Hakimiyyətiçi bu xəttə “Yaşıllar hərəkatı” deyirdilər. 2011-ci ildən indiyədək Mehdi Kərrubi, Mirhüseyn Musəvi və həyat yoldaşı Zəhra Rahnəvərd heç bir məhkəmə olmadan ev dustağıdır.

Onların azadlığa buraxılması Həsən Ruhaninin seçki proqramında öz əksini tapmışdı.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar