A24 Xeber

Həyəcanlı anlar: Tunisə üçan təyyarə Bakıda MƏCBURİ eniş etdi

Həyəcanlı anlar: Tunisə üçan təyyarə Bakıda MƏCBURİ eniş etdi
55
29 May 2018 - 13:49

Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib.

Heydər Əliyev Beynəlxalq Aeroportun mətbuat xidmətindən “A24.Az”a daxil olan məlumata görə, “Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb.

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00