A24 Xeber

Hikmət Hacıyev BMT Baş katibinin müavini ilə görüşüb

Hikmət Hacıyev BMT Baş katibinin müavini ilə görüşüb
45
02 May 2018 - 2:33

 Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT Baş Assambleyasının İnformasiya komitəsinin Nyu-Yorkda BMT-nin mənzil qərargahında keçirilən iclası çərçivəsində BMT-nin Baş katibinin Qlobal kommunikasiya məsələləri üzrə müavini Alison Smale ilə görüşüb.

Görüşdə BMT-nin Qlobal kommunikasiya strategiyası üzrə fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev Azərbaycanda medianın azadlığı, BMT-nin məqsəd və məramları, xüsusilə Davamlı İnkişaf Məqsədlərini dəstəkləmək üçün milli səviyyədə görülən işlər barədə məlumat verib.

BMT Baş katibinin müavini Alison Smale hələ jurnalist kimi fəaliyyət göstərdiyi vaxt Azərbaycana səfərlərini, Azərbaycanın və xüsusilə paytaxt Bakının inkişafı ilə əlaqədar xoş xatirələrini bölüşüb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00