Hindistan: ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiya ilə S-400 danışıqlarına davam edəcəyik

Hindistan: ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiya ilə S-400 danışıqlarına davam edəcəyik
Want create site? Find Free WordPress Themes and plugins.

Hind mətbuatı Hindistanın, ABŞ-ın təzyiqlərinə baxmayaraq Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini satın almaq üçün apardığı danışıqlara davam edəcəyini yazıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Hindistanda nəşr olunan “The Tribune” qəzetinin xəbərinə görə, Hindistan Müdafiə Naziri Nirmala Sitharaman, Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemi almağı planlaşdırdıqları üçün ABŞ tərəfindən məruz qaldıqları təzyiqə dair sual qarşısında bu ifadələri səsləndirib: “(Hindistana gələn) ABŞ Konqresi nümayəndə heyətinə, ABŞ qanunlarının, BMT qərarları ilə eyni şey olmadığını dedik”. Sitharaman, ABŞ məhkəmə qərarlarının Hindistanı əhatə etməyəcəyini də vurğulayıb. Hindistan Müdafiə Naziri bundan başqa, Rusiya istehsalı S-400 sistemi satın almasına dair danışıqların son mərhələdə olduqlarını bildirib: “ABŞ rəsmilərinə də Rusiya ilə keçmişə söykənən uzun əlaqələrə malik olduğumuzu və bu əlaqələri inkişaf etdirmək niyyətində olduğumuzu dedik”.

Xatırladaq ki, daha əvvəl ABŞ rəsmiləri Rusiyadan S-400 sistemi satın alması ilə bağlı Hindistana sanksiya tətbiq olunacağı təhdidi etmişdilər.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar