A24 Xeber

Hindistan dünyanın ən böyük heykəlinin açılışına hazırlaşır – FOTOLAR

Hindistan dünyanın ən böyük heykəlinin açılışına hazırlaşır – FOTOLAR
44
05 Sentyabr 2018 - 12:16

Hindistanda dünyanın ən böyük heykəli tamamlanma mərhələsinə çatıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın müstəqillik mübarizəsindəki simvol adlardan biri olan Sardar Vallabhbhai Patelin heykəli, ölkənin Gujarat əyalətində əbədiləşdirilir.

Əhmədabad şəhərində hazırlanan heykəl demək olar ki, tamamlanma mərhələsinə çatıb. Başa çatanda Nyu-yorkdakı Azadlıq heykəlindən təxminən iki dəfə daha uzun, 182 metr hündürlükdə olacaq.

İstehsalı beş ildir ki, davam edən heykəlin açılışının 31 oktyabra çatdırılması üçün 2500 nəfər səylə işləyir. 430 milyon dollara başa gələcək heykəlin tikintisi üçün Çindən də yüzlərlə işçi gətirilib.

Hazırda dünyanın ən böyük heykəli 128 metr uzunluğuna malik Çindəki Buda Bahar Məbədi olsa da, Əhmədabaddakı heykəlin tamamlanması bu adı Budadan alacaq. Heykəlin altında bir Buddist məbədi yerləşir. Həm dini həm də mədəni turizmə mühüm töhfə verəcək olan Sardar Vallabhbhai Patelin heykəlinin çox sayda turist cəlb etməsi gözlənilir.

Hindistanın Dəmir Adamı kimi tanınan Patel 1947-ci ildə müstəqillikdən sonra baş nazirin müavini idi. Patel bir-biri ilə vuruşan əyalətləri barışdıraraq, Hindistan dövlətinin hissəsi olmalarında böyük səy göstərdi.

Orxan Aslanlı / A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00