Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanın Bihar ştatında baş verən daşqınlar nəticəsində 156 nəfər ölüb

“A24.az” xəbər verir ki, APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iki həftə ərzində təbii fəlakətdən 1 milyon 400 min nəfər zərər çəkib.

Ştatda tüğyan edən daşqınlar 8 milyon hektar əkin sahəsini, avtomobil yollarını su altında qoyub, onlarla körpünü uçurub. Təbii fəlakət zonasından ümumilikdə 556 min nəfər təxliyə olunub, 303 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, daşqınlara səbəb yağan şiddətli yağışlar nəticəsində altı çayın  məcrasından çıxması olub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar