Hindistanda kütləvi intihar: Bir ailənin 7 üzvü özünü asdı

Hindistanda kütləvi intihar: Bir ailənin 7 üzvü özünü asdı
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanın şərqindəki Jharkhand əyalətinin paytaxtı Ranchide 7 nəfərlik bir ailə evlərində asılmış vəziyyətdə tapılıb. Hadisənin kütləvi intihar olduğundan şübhələnildiyini açıqlayan polis, ailənin maliyyə vəziyyətinin əziyyət çəkdiyindən bəhs edərək intihar qeydləri tapdıqlarını söylədi.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, polis Ranchidəki evdə asılmış vəziyyətdə olanların eyni ailə üzvü olan iki qadın, 3 kişi və 2 uşaqdan ibarət olduğunu qeyd edib. Ranchi polisi evə kənardan zorla girilməsinə, ya da bir kiminsə varlığına dair heç bir dəlil olmadığını, ayrıca yerləşən əl yazması intihar notlarında ailənin yaşadığı narahatlıqlardan və maliyyə çətinliklərdən bəhs etdiklərini bildirib. Yerli polis rəsmisi Aniş Gupta “keçirilən qarşı istintaq intiharı işarə edir. Ailənin maliyyə vəziyyəti mövzusunda intihar qeydləri tapdıq” deyə danışıb. Gupta “Görünüşə görə bir evli olan iki yetkin kişi qardaş öz həyatlarını sona çatdırmadan əvvəl digərlərinin intiharına yardım edib”, – deyə bildirib. Bu ayın əvvəlində paytaxt Yeni Dehlidə 11 nəfərlik bir ailə evlərində ölü olaraq tapılmışdı. Araşdırma nəticəsidə ailənin kütləvi şəkildə intihar etdiyi bəlli olmuşdu.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar