Hindistanda qatardan düşərək ölənlərin sayı kəskin artıb

Hindistanda qatardan düşərək ölənlərin sayı kəskin artıb
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanda 5 ayda 406 nəfər qatardan düşərək dünyasını dəyişib.

“A24.az” türk mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Dəmir Yolları Qurumunun səlahiyyətli şəxsi Niket Kaushik açıqlama verib.

O açıqlamasında bu il Bombey (Mumbai) şəhərində qatarlardan düşərək dünyasını dəyişənlərin sayının ötən illə müqayisədə artdığını deyib.

Kaushik bu ilin yanvarından iyun ayına qədər 406 nəfərin qatarlardan düşərək öldüyünü, 871 nəfərin isə ağır yaralandığını qeyd edib.

Bu rəqəmin ötən ilin eyni dövrüylə müqayisədə 360 olduğunu deyən Kaushik bu kimi qəzaların qatarlarda sərnişinlərin çox olmasından və insanların qapıdan yapışaraq getməsindən qaynaqlandığını bildirib.

Vəzifəli şəxslər qatarların qapılarında səfər etməyin qadağan olduğunu, bu il təqribən 5 min 105 sərnişinə cəza kəsildiyini qeyd ediblər.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar