Hindistanda təbii fəlakətdən ölənlərin sayı durmadan artır: 40 nəfər oldu

Hindistanda təbii fəlakətdən ölənlərin sayı durmadan artır: 40 nəfər oldu
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanın bir neçə ştatında güclü küləklə müşayiət olunan leysan yağışları çoxsaylı insan tələfatı və dağıntılara yol açıb.

A24.Az-ın məlumatına görə, qasırğa ən çox ölkənin şərqindəki Carkxand ştatını cənginə alıb. Təkcə 12 nəfər bu ştatda qasırğanın qurbanı olub.

Ümumilikdə isə hazırda ölənlərin sayının 40-a çatdığı bildirilir, daha 28 nəfər isə yaralanıb.

Uttar-Pradeş, Bixar və ətraf ştatlarda güclü külək ağacları və işıq dirəklərini aşırıb. Hazırda hadisə yerində xilasedicilər işləyir.

Sinoptiklər yaxın günlər ərzində havanın hələ də qeyri-əlverişli olcağını proqnozlaşdırıblar. Bu səbəbdən sakinlərə lazım olmadığı halda evlərini tərk etməmələri tövsiyə olunub.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Sağlamlıq
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar