Hindistanda vəhşilik: İnək kəsən müsəlmanı döyüb öldürdülər

Hindistanda vəhşilik: İnək kəsən müsəlmanı döyüb öldürdülər
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistanda inək kəsdiyi iddia edilən müsəlman öldürülüb.

“A24.az” xarici KİV-ə istinadən xəbər verir ki, Madhya Pradeş əyalətində 45 yaşlı dərzi bir qrup şəxsin hücumuna məruz qalıb. Daş və dəyənəklərlə hücum edən qrup Riyaz adlı müsəlmanı öldürüb, onun dostu Şakel isə yaralanıb. 38 yaşlı Şakel polisə açıqlamasında inək kəsmədiklərini bildirib. Hücum və cinayətdə təqsirli bilinən 4 nəfər həbs edilib.

Son dövrlər ölkənin müsəlman əhalisinə qarşı belə ittihamlar tez-tez səsləndirilir. Mart ayında məhkəmə eyni ittihamla 1 nəfəri öldürən 11 şəxsə ömürlük həbs cəzası vermişdi.

Ötən ilin mayında Assam əyalətində inək oğurladığı iddia edilən 2 müsəlman öldürülmüşdü. İyunda isə 16 yaşlı Cüneyt Xan adlı müsəlmanın yanında ət daşıdığı iddia edilmiş, bıçaqla qətlə yetirilmişdi.

2017-ci ildən bəri Qucarat əyalətində inək öldürənlərə ömürlük həbs cəzası tətbiq edilir, inək əti daşıyanlara isə 7-10 il həbs və ya 500-7500 dollar pul cəzası verilir.

Qaynarinfo.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya, Foto xəbər
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar