A24 Xeber

Hindistanda yağış 30 nəfərin ölümünə səbəb oldu

Hindistanda yağış 30 nəfərin ölümünə səbəb oldu
33
14 May 2018 - 2:46

 Hindistanın şimal rayonlarında bazar günü müşahidə olunan leysan yağışlar və qum fırtınası nəticəsində azı 30 nəfər ölüb, daha bir neçə on nəfər yaralanıb.

A24.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Times of India” qəzeti yazıb.

Bildirilir ki, ölüm halları Uttar-Pradeş, Andxra-Pradeş, Qərbi Benqal ştatları və Dehlinin paytaxt dairəsində qeydə alınıb. Həmçinin bir neçə şəxs ildırım vurması nəticəsində ölüb.

Güclü külək ağacları aşırdıb, reklm lövhələrini və evlərin şiferlərini qopardıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00