Hindistanla Pakistan arasında atəşkəs elan olundu

Hindistanla Pakistan arasında atəşkəs elan olundu
Want create site? Find Free WordPress Themes and plugins.

Hindistan və Pakistanın hərbi əməliyyat idarələri rəhbərləri çərşənbə axşamı telefon danışıqları aparıblar və mübahisəli Kəşmir zonasında atəşkəsin əldə olunması üçün tədbirlər görmək barədə razılığa gəliblər.

“A24.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan quru qoşunları komandanlığının çərşənbə axşamı yayılan bəyanatında deyilir.

Qeyd olunur ki, danışıqlar fövqəladə rabitə xətti ilə həyata keçirilib və onun təşəbbüskarı Pakistan tərəfi olub.

“Ndtv” telekanalının məlumatına görə, danışıqlarda Hindistanın hərbi əməliyyatlar idarəsinin rəhbəri general-leytenant Anil Çouxan və onun pakistanlı həmkarı general-mayor Şahir Şamşad Mirzə iştirak edib.

“Hər iki zabit 2003-cü ildə əldə olunmuş atəşkəs müqaviləsinin yazı və ruhuna uyğun olaraq atəşin dayandırılması, həmçinin gələcəkdə tərəflərin atəşkəsi pozmaması üçün tədbirlər görülməsi barədə razılıq əldə ediblər”, – deyə telekanal komandanların bəyanatını sitat gətirib.

Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar