A24 Xeber

Hinduşka oğrusu: Telli Borçalı, Rəmiş və Arif Quliyev pulumu vermirdilər – VİDEO

Hinduşka oğrusu: Telli Borçalı, Rəmiş və Arif Quliyev pulumu vermirdilər – VİDEO
165
28 İyun 2017 - 22:22

ARB TV-nin “Rezonans” verilişi bu dəfə 3 il 6 ay azadlıqdan məhrum olmuş Eldəniz Əliyevin həyat hekayəsini təqdim edib.

Eldəniz ƏIiyev (3 il 6 ay): “Məktəbi bitirəndən sonra işim-gücüm yox idi. Gördüm yolun qıraqları ilə tanklar gedir. Tankın üstünə minib getdim. Döyüşlərin birində yanımıza minamyot düşdü. Gözümüzü açanda hospitalda idik. Evlənəndən sonra imkan zəiflədi. Evdə heç nə yox idi, heç qənd-çay belə tapılmırdı. Evdən çıxdım ki, nəsə çarə edib pul tapım. Cibimdə pulum da yox idi. Bakıya gedən avtobuslardan birinə mindim. Yolun ortasında dedim saxla, düşürəm. Yol kənarındakı evlərin birinə girdim. Həyətdəki heyvan tövləsinə yaxınlaşıb təzəcə 1-2 hinduşka götürmüşdüm ki, bu məni görüb qışqırdı. O, həyətdə olarkən bunu görməmişəm mən. Atıb onları qaçdım. Qaçarkən gördüm ki, yaxınlarını çağırır və məni birləşib tutdular. Hər dəfə məhkəməyə qardaşı gəlirdi. Məni tutan elə qardaşının özü idi. Mənə deyir ki, bilsəydim səni tutacaqlar 1-2 dənə vurub buraxardım. Sonuncu dəfə məhkəməyə gələndə 2 torba qəşəng heyva yığıb gətirmişdim. Amma elə oldu ki, məni tutdular, heyvalarımı da istədim vermədilər. Mən bir kisə ilə getmişdim, səhəri gün istintaqa gələndə gördüm ki, ikinci torba da qoyublar. Dedim bu mənim deyil. Hinduşkanın da qiymətini şişirdiblər. İkinci dəfədir ki, oğurluq edirdim.

Cinayətin üstü isti-isti açılmışdı. Oğurladığım xoruzları Yevlax bazarında satmışdım. Xozurlardan biri sahibini tanıyıb banlamışdı. Yoldaşımdan soruşuram ki, mənim yoxluğumu hiss edirsən? Deyir ki, əlbəttə, sənin yerin həmişə hiss olunur. O gün qızım ad günümü təbrik edib, elə sevindim ki… Çölə çıxım, harda toyuq-xoruz görsəm, mənə gülmək gələr. Çünki mən bunlara görə cəza çəkmişəm. Bura düşməmişdən öncə həyətimin məhsullarını yol kənarına çıxarıb satırdım. Şou-biznes ulduzlarından da müştərilərim olub. Telli Borçalı, Arif Quliyev, Rəmiş və kimi məşhurlar gəlib meyvələrimin dadına baxırdılar, amma pul vermirdilər. Görürəm ki, vermək istəmir necə deyim ki pul ver?”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00