Hitlerin öldüyü tarix təsdiqləndi: tapancanı ağzına deyil...

Hitlerin öldüyü tarix təsdiqləndi: tapancanı ağzına deyil…
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiya Dövlət Arxivindəki sənədləri araşdıran Fransa elm xadimləri mövcud olan dəlillərin Hitlerin kimyəvi maddə qəbul etdikdən sonra başına silahla atəş açaraq öintihar etdiyini təsdiqləyib. Bununla da fransız alimlər II Dünya Müharibəsi zamanı Almaniyanın lideri Adolf Hitlerin 1945-ci ildə öldüyünü qəti şəkildə irəli sürüb.

“A24.az” xəbər verir ki, “European Journal of İnternal Medicine” jurnalında araşdırmanın dəlilləri dərc edilib.

Belə ki, Rusiyanın paytaxtı Moskvada 2000-ci ildə sərgilənən Hitlerin çənə sümüyünü araşdıran araşdırmaçılar əldə edilən nəticələrlə görə, faşizmin lideri olan Hitlerin aprelin 30-u 1945-ci ildə öldüyünü ortaya qoyub.

Qeyd edək ki, qalıqlar daha əvvəl də araşdırılıb, lakin ondan bir hissə alınmasına icazə verilməmişdi. Bu dəfə araşdırmaçıların qalıqlardan əldə etdiyi parçalar elektron mikroskopda araşdırıldıqdan sonra təsdiqini tapıb.

Araşdırma zamanı Hitlerə məxsus olan dişlərdə ağ tartarın olduğu və onun vegeterian birisi olduğu üçün dişlərində ət liflərinə rastlanmadığı aşkarlanıb. Bundan başqa dişlərində barıt izinə də rast gəlinməyib. Bu da Hitlerin tapacanı ağzına salaraq özünü öldürmədiyi iddialarını alt-üst edir.

Araşdırma zamanı Hitlerin taxma dişləri üzərində siyanür (kimyəvi maddə) və diş metalları arasında kimyəvi reaksiyanın göstəricisi olaraq mavi qalıqlar tapılıb.

Araşdırmaçılar Hitlerin Moskvada Dövlət Arxivində saxlanılan kəllə sümüyünü də araşdırıb və sol tərəfində dəliyin olduğunu və bunun silahdan çıxan güllədən yarandığına işarə edib.

Tarixçilər Hitlerin Rusiya əsgərləri Berlinə girən zaman yeraltı sığınacağında yenicə evləndiyi Eva Braun ilə birlikdə intihar etdiyinə inanır. Hitlerin cəsədinin sığınacağın yaxınlığında öz əsgərləri tərəfindən yandırıldığı, diş və kəllə sümüyü kimi qalıqların isə daha sonra ruslar tərəfindən ələ keçirilərək Sovetlər Birliyinin diktatoru Stalinin əmri ilə Moskvaya aparıldığı irəli sürülür.

Lakin bir çox insanlar tərəfindən Hitlerin qaçdığı və hələ də sağ qaldığına dair fikirlər ortaya atılmışdı.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar