A24 Xeber

Hollandiya Çavuşoğlu qalmaqalına reaksiya verdi: “Qərar düzgün idi”

Hollandiya Çavuşoğlu qalmaqalına reaksiya verdi: “Qərar düzgün idi”
636
12 Mart 2017 - 11:52

Hollandiyanın baş naziri Mark Rütte Türkiyənin xarici işlər naziri (XİN) Mövlud Çavuşoğlunun ölkəyə buraxılmamasına münasibət bildirib.

“A24.az” “azvision.az”a istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, Çavuşoğlu ilə bağlı qərar düzgündür: “Türkiyə bizimlə NATO üzrə müttəfiqdir. Şantaj və təhdidlər qəbuledilməzdir. Türkiyə tərəfi əsəbidir, amma güman edirəm ki, qərar düzgün idi”.

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunin təyyarəsinin eniş icazəsini ləğv edib. Hollandiyanın bu addımı Türkiyənin haqlı etirazlarına səbəb olub.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00