Hollandiya hökumətindən ETİRAF: Azad Suriya Ordusuna maddi dəstək veririk

Hollandiya hökumətindən ETİRAF: Azad Suriya Ordusuna maddi dəstək veririk
Want create site? Find Free WordPress Themes and plugins.

Hollandiya hökuməti Türkiyə Silahlı Qüvvələrinin Suriyada birlikdə hərbi hərəkat apardığı Azad Suriya Ordusuna maddi dəstək verdiyi iddialarını yalan saymayıb.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, Hollandiyanın Suriyadakı silahlı hökumət əleyhdarı təşkilatlara dəstəyi, hakimiyyət ortağı Xristian Demokrat Partiyası millət vəkilləri Pieter Omtzigt və Martijn van Helvert tərəfindən gündəmə gətirilib.

Hökumət rəsmilərinin açıqlamasında Hollandiyanın Suriyadakı müxalif qüvvələrə verdiyi dəstək xəbəri yalan çıxmayıb. Hökumət rəsmi cavabı zamanı, (cavab mətnində 23 Yanvarda məclisə göndərilən) Suriyadakı silahlı qruplara dəstək adlı gizli arayışa istinad edib. Millət vəkillərinin suallarının cavablarının, bu gizli arayışda olduğuna işarə edilib. Hökumət, Xristian Demokrat Partiyasının millət vəkillərinin, hərəkat çərçivəsində Afrin və ətrafında törədilən cinayətlərə dair sualının da qısa müddətdə verəcəyini bildirib. Hollandiyada müxalifət partiyaları, Zeytun Budağı əməliyyatı səbəbi ilə Türkiyənin qınanmasını istəmişdi. Hollandiya Baş Naziri Rutte, Türkiyənin pislənməsi məsələsində Aİ və NATO daxilində yetərli dəstəyi əldə edə bilmədiklərini açıqlamışdı.

Orxan Aslanlı // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Siyasət
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar