A24 Xeber

Hollandiya soyqırım aktı törətdiyini etiraf etdi

Hollandiya soyqırım aktı törətdiyini etiraf etdi
61
29 İyun 2017 - 8:35

Hollandiya Ali Məhkəməsi 1995-ci ildə Srebrenitsada təxminən 300 bosniyalının öldürülməsinə görə Hollandiyanın qismən günahkar olması haqqında hökm verib.

“A24.az” “din.az”a istinadən xəbər verir ki, Hollandiyada Apelyasiya Məhkəməsi 1995-ci ildə Srebrenitsada təxminən 300 bosniyalı kişinin öldürülməsinə görə Hollandiyanın qismən məsuliyyət daşıdığı haqqında hökm verib. Lahey Apelyasiya Məhkəməsi 2014-cü ildə bölgə məhkəməsi tərəfindən verilən bosniyalıların öldürülməsinə görə Hollandiya hökumətinin qismən günahkar olması ilə bağlı qərarını təsdiqləyib.

Məhkəmədə hakim Gepke Dulek Hollandiya əsgərlərinin 300 bosniyalını hərbi düşərgədən çıxardığını və bu şəxslərin düşərgədən çıxarılmasıyla onların həyatlarına son qoyulduğunu bildirib.

Məhkəmə mərhumların yaxınlarının tələb etdiyi təzminatın 30%-nin ödəniləcəyi haqqında qərar qəbul etsə də srebrenitsalıların yaxınlarının vəkili Semir Guzin qərardan razı olmadıqlarını, qanuni çərçivədə qərara görə apelyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Bosniya müharibəsi zamanı BMT əsgərlərinin qoruduğu Srebrenitsa, 11 iyul 1995-ci ildə serb general Ratko Mladiçin rəhbəri olduğu serb hərbi dəstələri tərəfindən işğal edilib. BMT-nin nəzdindəki hollandiyalı əsgərlərə sığınan çox sayda bosniyalı hollandiyalı əsgərlər tərəfindən serblərə təslim edilmiş, həmin bosniyalıların əksəriyyəti aparıldıqları meşələrdə və zirzəmilərdə qətlə yetirilmişdilər. Srebrenitsada baş verənlər Avropa Parlamenti və BMT tərəfindən soyqırımı aktı kimi qəbul edilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00