A24 Xeber

Hollandiyada saxlanılan türk nazir İstanbula qayıdır

Hollandiyada saxlanılan türk nazir İstanbula qayıdır
583
12 Mart 2017 - 12:06

Türkiyənin ötən gün Hollandiyada saxlanılan ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyanın Köln-Bonn hava limanından İstanbula yola düşüb. 

“A24.az” xəbər verir ki, nazir xüsusi təyyarə reysi ilə Türkiyəyə qayıdır.

Xatırladaq ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya avtomobillə Almaniyadan Rotterdama gəlmişdi.

Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı. Lakin polis diplomatik missiyaya gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olmuşdu.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00