A24 Xeber

Hollandiyadan İslama hörmətsizliyə İCAZƏ: “Hz. Məhəmməd” karikatura yarışması

Hollandiyadan İslama hörmətsizliyə İCAZƏ: “Hz. Məhəmməd” karikatura yarışması
60
13 İyun 2018 - 15:15

Hollandiya Beynəlxalq Mühafizə və Terrorla Mübarizə üzrə koordinator Dik Skuf, “Hz. Məhəmməd” mövzusunda karikatura yarışmasının keçirilməsinə icazə verib.

A24.Az xəbər verir ki, Holland karikatur Gert Vilders, verdiyi açıqlamada yarışmanın və sərginin, parlament binasının qapalı hissəsində təşkil olunacağı üçün mühafizə baxımından risk olmadığını deyib.

Vilders, parlament binasında ildə bir gün tədbir təşkil etmək haqqını karikatura üçün istifadə etmək məqsədilə Hollandiya parlament spikeri Hatice Aribə müraciət edib. Lakin o, məsələyə müsbət cavab verən spikerin daha sonra prossesi uzatdığını bildirib. G. Vilders, Aribin müsəlman olduğunu dilə gətirərək “Məhəmmədə olan sevgisi, düşüncə azadlığından daha çoxdur” deyə fikir bildirib.

İslam dünyasında Hz. Məhəmməd təsvirinin yaradılmasının xoş qarşılanmaması səbəbi ilə, yarışmada mühafizə probleminin olması da istisna deyil.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00