Hollivud ulduzu aeroportda kartof oğurladı

Hollivud ulduzu aeroportda kartof oğurladı
Want create site? Find Free WordPress Themes and plugins.

Tanınmış aktyor hava limanının restoranında oğurluq edərkən “yaxalanıb”.

A24.Az lenta.ru-ya istinadən xəbər verir ki, amerikalı aktyor Bill Mürrer restoranda nahar edən müştırinin kartof-frisini oğurlayıb. Məlumata görə, hadisə ABŞ-ın Massaçusets ştatına aid Martas-Vinyard adasındakı hava limanının restoranında baş verib. B.Mürrerin oğurluq başında çəkilmiş görüntüsünü zərərçəkən müştərinin dostu lentə alaraq sosial şəbəkədə paylaşıb.

“Mashable” nəşri bu barədə qeyd edib ki, olay zamanı B.Mürrer restorandakı müştərilərdən birinin masasına yaxınlaşaraq, onun sifariş etdiyi kartof-frisindən bir neçə dilim götürərək aradan çıxıb. Maraqlıdır ki, bu, B.Mürrerin restoran və kafelərdə bu formada “oğurluq” etməsinə dair ilk fakt deyil. “Qızıl qlobus” mükafatının laureatı olan məşhur aktyor bir müddət əvvəl olduğu kafedəki müştərilərdən birinin kartof frisinə “şərik olmaqla” diqqəti cəlb etmişdi.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Dünya, Şou-biznes, Maraqlı, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar