A24 Xeber

Hollivud ulduzu BMT-ni sərt tənqid etdi

Hollivud ulduzu BMT-ni sərt tənqid etdi
587
16 Mart 2017 - 10:37

Oskar mükafatlı aktyor və Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar Üzrə Ali Komissarlığının xoşməramlı səfiri Ancelina Coli qeyd edib ki, BMT ancaq hökumətlərin öz siyasətlərini dəyişdirəcəyi halda dəyişəcək. “BMT qüsurlu bir təşkilatdır, çünki biz qüsurluyuq. Bizdən fərqli deyil”.

A24.Az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin Cenevrə ofisində keçirilən Sergio Vieira de Mello Fondunun illik konfransına dəvət edilən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığının xoşməramlı səfiri Ancelina Coli çıxışında BMT-nin fəaliyyətini tənqid edib.

Amerikalı aktrisa Suriyada vətəndaş müharibəsinin 7-ci ilə girdiyini, dünyanın BMT qurulduğundan bəri ən böyük qaçqın böhranı yaşadığını, Yəmən, Somali, Cənubi Sudan və Nigeriyanın şimal-şərqində 20 milyondan çox insanın aclıqdan ölmə təhlükəsi ilə qarşı-qarşıya olduğunu xüsusilə vurğulayıb.

Coli “BMT bir ölkə deyil. Fərqləri müəyyən etmək, həll etməyə, birləşməyə çalışan millətlər və insanlar kimi bir araya gəldiyimiz yerdir. Kimsə BMT-nin mükəmməl olduğunu demir. Onsuz da elə də deyil. BMT-nin nə üçün yaradıldığını və buna niyə ehtiyac duyulduğunu daim xatırlamalıyıq və ciddi məsuliyyət daşımalıyıq. BMT qüsurlu bir təşkilatdır,  çünki biz qüsurluyuq. Bizdən fərqli deyil. BMT ancaq hökumətlər siyasətini dəyişdirərsə, dəyişər. Vətəndaşlar olaraq biz də dövlətlərimizdən bunu istəyirik”, -deyə bildirib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00