Radara yaxalanmayan "İsgəndər"ləri necə məhv edə bilərik? - Azərbaycanın darmadağın edə biləcək yeni SİLAHLARI

Radara yaxalanmayan “İsgəndər”ləri necə məhv edə bilərik? – Azərbaycanın darmadağın edə biləcək yeni SİLAHLARI
Want create site? Find Free WordPress Themes and plugins.

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan və eləcə də digər rəsmi şəxslər mətbuata açıqlamalarında mütəmadi olaraq arsenallarında olan Rusiya istehsalı “İsgəndər” raketi ilə Azərbaycanı hədələyirlər.

Bəs ümumiyyətlə, “İsgəndər” raketi hansı xüsusiyyətlərə malikdir? Ermənistan savaş zamanı bu raketdən istifadə etsə, Azərbaycan bu hərbi qurğunun qarşısını ala bilərmi? Hansı texnikamız “İsgəndər” raketindən daha üstün xüsusiyyətlərə malikdir? Bu günə qədər “İsgəndər” raketindən istifadə olubnumu?

A24.Az xəbər verir ki, İsgəndər raketi 2006-ci ildə Rusiyada istehsal olunmağa başlayıb. Təsdiqlənmiş fakt olmasa da, qısaməsafəli ballistik raketin konstrukturunun İsgəndər Hüseynov olduğu deyilir. Hərbi ekspertlərin fikrincə, İsgəndər Hüseynov SSRİ Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri general-leytenant Kərim Kərimovun komandasında çalışmış bir hərbçi olub. Ona görə də ehtimal olunur ki, ixtira bu şəxsə aiddir. Amma bu dəqiq məlumat deyil.

İsgəndər raketinin “İsgəndər-M”, “İsgəndər-E”, “İsgəndər-K” variantları mövcuddur. Texnikanın çəkisi 3800 kq, uzunluğu 7,3 metrdir.  Raketin bu növləri içərisində “İsgəndər-M” variantı daha da təkmilləşdirilib.

İsgəndər - M
İsgəndər – M

Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. İstimar müddəti 10 ildir. Raketin hədəfi vurması üçün minimal məsafəsi 50 km, maksimal isə 500 km-ə qədərdir. “İsgəndər-M”-in digər özəlliyi isə raket start anından etibarən düz istiqamətdə deyil, qarışıq şəkildə və ziqzaqvari hərəkət edir. Bu da onun radara düşmə ehtimalını daha da azaldır”.

İsgəndər - E
İsgəndər – E

Ermənistanın Azərbaycanı mütəmadi olaraq bu raketlə hədələməsi məsələsinə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov A24.Az-a açıqlamasında bildirib ki, İsgəndər raketinin ən böyük üstünlüyü (ruslar bunu belə reklam edirlər) onun uçuş trayektoriyasının çox qarışıq olmasıdır:

Ehtiyatda olan polkovnik - Şair Ramaldanov
Ehtiyatda olan polkovnik – Şair Ramaldanov

“Uçuş trayektoriyası çox qarışıq olduğundan onu radarlar tuta bilmirlər. Bu, raket haqqında rusların etdiyi bir reklamdır. O raketlər heç bir döyüşdə istifadə olunmayıb ki, hələ bir nəzarətdən də keçirsinlər. Digər tərəfdən yaxın şərqdəki döyüşlərə baxsaq, orda da müasir hava sistemlərinin olmadığının şahidi olarıq. Yəni deyə bilmərik ki, bunlar “İsgəndər”i hardasa sınaqdan keçiriblər. Əlbətdə bu bir növ reklam forması daşıyır. Rusiya silah satışı ilə məşğul olan böyük bir dövlətdir. Və onların böyük müqavilələri var. Ümumiyyətlə, “İsgəndər” raketinin iki faktoru var. Bir faktoru uzaqlıqdır (Onu hava hücumundan müdafiə sistemləri vura bilmir), raket 500 km-ə qədər məsafə qət edə bilir. Onun başlığı kütləvi silahların istifadəsində daşıyıcı rolunu oynaya bilər. Belə götürsək, məhz raket kimi elə də güclü dağıtmaq imkanına malik deyil. Onun qəlpə radiusu 500 metrdən yuxarı deyil. Bizim qrad texnikası “İsgəndər”dən 20 km çox ziyan vura bilir, nəinki İsgəndərin bir raketi”.

Hərbi ekspert bildirib ki, Ermənistanın müdafiə nazirinin bu yöndə müəyyən çıxışlar etməsi başa düşüləndir:

“Bilirsiz ki, Rusiya mətbuatı və rəsmiləri də dəfələrlə bildiriblər ki, Ermənistanda olan “İsgəndər”lər ermənilərə məxsus deyil. Sadəcə oradakı bazada saxlanılır. Ruslar demişdilər ki, əgər ermənilər həmin raketlərdən istifadə etməyi düşünsələr belə, onlar bundan Azərbaycana qarşı istifadə edə bilməzlər. Çünki hər hansı bir silahı başqa bir dövlətə verəndə, əgər o silah beynəlxalq  və yaxud da müəyyən bir qrupların nəzarəti altındadırsa, həmin dövlətlər öhdəlik götürürlər ki, o silahdan nə vaxt, hansı hallarda istifadə edə bilərlər. Digər tərəfdən isə biz bilirik ki, Ermənistan tərəfinə heç vaxt icazə verilməyəcək ki, nüvə silahından istifadə etsinlər, yaxud da onlarda belə tipli silah olsun.

Bundan başqa o raketin istifadəsi və yaxud da Bakıya qarşı çevrilməsi haqqında səfeh-səfeh danışan o müdafiə nazirinin çıxışı itin məsələsinə çox oxşuyur. İt hürür, deyirlər: niyə hürürsən? Deyir: istiyirəm qorxudum. Deyirlər: quyruğunu niyə basmısan?. Deyir ki, özüm qorxuram. İndi bunun da danışığı elədir. Seçkiqabağı bilmir nə danışır. Biz onların heç bir bəyanatlarına məhəl qoymuruq. O ki qaldı, raketin istifadəsinə, düşünmürəm ki, onlar bu raketdən “Qarabağ”da istifadə etsinlər. Əvvəla, o raketin istifadəsi üçün onlara imkan verməyəcəklər. İkincisi, o raketdən Azərbaycana qarşı istifadə olunması və yaxud Bakının hədəf seçilməsinə gəlincə, xatırladım ki, Naxçıvandan İrəvana çox az məsafə var. Əlimizdə olan texnika və raketlərlə hərbçilərimiz İrəvanı elə günə qoyarlar ki, onlar bunu heç təsəvvürlərinə belə gətirə bilməzlər. Ümumiyyətlə, heç bu haqda danışmağına dəyməz. Hər bir hərbçi çox yaxşı başa düşür ki, o boyda Naxçıvan Muxtar Respublikasında olan ordu və yaxud da silah-sursat, digər imkanlar hər bir cavabı adekvat vermək iqtidarındadır. Əgər İrəvan Bakıya qarşı hər hansı addım atılması ilə bağlı qərar qəbul edərsə, o zaman Bakının hər bir səlahiyyəti var ki, daha çox, daha dəqiq,  daha da dağıdıcı zərbə vursun”.

“Qeyd edim ki, İsgəndər raketi 2-ci nəsil raketlər sisteminə daxildir. Köhnə sistemli raketlərdir. İndi hazırda 5-ci nəsil raketlər var. Bu raketlər də onlarda yoxdur. Bütün bu raketlərin müasirliyi ancaq ona yönəldilib ki, onların hava hücumdakı sistemindən gizlədə bilsinlər. Yəni bunun qiyməti ona görə müəyyən edilir. Bunun texniki yeniliyi inkişafı bax bununla bağlıdır ki, o radarlara düşməsin. İsgəndər söhbətindən sonra bizə təklif gəldi ki, bizdə elə sistem var ki, İsgəndər raketlərinin qarşısı ala bilir. Azərbaycan tərəfinin İsrail dövlətindən bu sistemləri alması ilə bağlı razılıq əldə edilib. Səhv etmirəmsə, artıq o sistem alınıb. Ehtimal etsək ki, o raket ordan çıxıb, Azərbaycan istimaqətinə yönələcək, Azərbaycanın Hərbi Hava sistemləri, o cümlədən İsraildən gətirilən o sistemlər “İsgəndər”in qarşısını ala biləcək şəkildədirlər. Bir sözlə, Azərbaycan rəhbərliyi bu və ya digər sistemlər alıb, “İsgəndər” raketinin qarşını ala biləcək gücə malikik”, – deyə polkovnik Ramaldanov əlavə edib.

Orxan Aslanlı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Banner
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar