Bakıda 17 gün əvvəl döyülən ahıl kişi öldü

Bakıda 17 gün əvvəl döyülən ahıl kişi öldü
Want create site? Find Free WordPress Themes and plugins.

Bakıda 17 gün əvvəl döyülən ahıl kişi ölüb.

A24.Az-ın xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində Şabanov küçəsi ev 32-də yaşayan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Həkimlər onun daxili qanaxmadan öldüyünü bildirib.

Y.Əliyevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xatırladaq ki, Y.Əliyevin evinə quldur basqını olub. 3 naməlum şəxs onu döyərək pul və qızıl-zinət əşyalarını tələb edib. Hazırda cinayət əməlini törədən şəxslərin axtarışı davam etdirilir.//Report.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar