A24 Xeber

Keçmiş ifaçı İslam dinindən imtina etdi – FOTO

Keçmiş ifaçı İslam dinindən imtina etdi – FOTO
674
01 Mart 2017 - 12:54

Bir vaxtlar Rusiyada məşhur olan TATU qrupunun keçmiş ifaçısı Yuliya Volkova İslam dinindən xristianlığın provaslas cərəyanına keçib.

“A24.az”xəbər verir ki, ifaçı 2007-ci ildə iş adamı Pərviz Yasinovla ailə həyatı qurduqdan sonra İslam dinini qəbul etmişdi. Hətta cütlüyün toy mərasimi müsəlman qaydaları çərçivəsində Dubayda məsciddə həyata keçirilib. Lakin rusiyalı ifaçının iş adamı ilə olan evliliyi çox davam etməyib. Artıq 2010-cu ildə cütlüyün Samir adında bir oğlunun olmasına baxmayaraq, onlar ayrılmağa qərar veriblər.

Görünür, boşandıqdan sonra Volkova əvvəlki inancına qayıtmağa qərar verib. Lakin ifaçının İslam dinindən Provaslav inancına keçməsi indi üzə çıxıb. Belə ki, ifaçı dəyişdirdiyi dini inancını “İnstaqram” səhifəsində xramda olarkən çəkdirdiyi şəkli paylaşarkən aydın olub.

“Hər şeyə görə, məni bağışlayın! Ürəyim və qəlbimlə mən sizinləyəm”, – ifaçı paylaşdığı şəklə şərh yazıb.

İfaçı ilə əlaqə quran jurnalistlər bu xəbərin nə dərəcədə düzgün olduğunu aydınlaşdırmağa çalışıb:

“Mən yenidən öz inancıma, evimə qayıtmışam. Lakin yenə deyəcəm: Allah birdir və Ona gedən yollar müxtəlifdir. Öz yolunuzu tapın və xoşbəxt olun” – deyə keçmiş ifaçı cavab verib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00