A24 Xeber

Fikrət Qocanın oğlunun ölümü ilə bağlı yeni fakt – DÖYÜLƏRƏK ÖLDÜRÜLÜB

Fikrət Qocanın oğlunun ölümü ilə bağlı yeni fakt – DÖYÜLƏRƏK ÖLDÜRÜLÜB
691
14 Mart 2017 - 12:17

Martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

A24.Az xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.
Qeyd edək ki, mərhum Yalçın Qocayev xalq şairi Fikrət Qocanın oğludur.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00