A24 Xeber

BAKIDA DƏHŞƏT! Arvadını və 2 gün əvvəl nişanlanan baldızı qızını öldürdü

BAKIDA DƏHŞƏT! Arvadını və 2 gün əvvəl nişanlanan baldızı qızını öldürdü
2. 253
25 Mart 2017 - 8:48

Abşeron rayonunda kişi həyat yoldaşını və onun bacısı qızını qətlə yetirib.

A24.Az-ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev küçəsində yerləşən evlərdən birində Abşeron sakini (hələlik adı açıqlanmır) 1964-cü il təvəllüdlü həyat yoldaşı Hüseynova Faraiz Zakir qızının başına küt alətlə vurmaqla onu qətlə yetirib. Həmin şəxs daha sonra F.Hüseynovanın bacısı qızı, 1999-cu il təvəllüdlü Anur-Təbrizi Rahilə Əsgər qızının başına küt alətlə vurmaqla onu da öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb. Qətli törədən şəxs Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

R.Anur-Təbrizinin valideynləri vəfat etdiyindən o, xalası F.Hüseynovanın himayəsində yaşayırmış. Qız hadisədən iki gün əvvəl nişanlanıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00