A24 Xeber

Türkiyədə universitet işçiləri azərbaycanlı tələbəni döydü – FOTO

Türkiyədə universitet işçiləri azərbaycanlı tələbəni döydü – FOTO
589
28 Mart 2017 - 11:46

Türkiyədə Sakarya Universitetinin tələbəsi olan azərbaycan əsilli 27 yaşlı Orxan İbrahimov müəllimi ilə yaşadığı mübahisədən dolayı universitetin təhülkəsizlik xidmətinin nümayəndələri tərəfindən əli-qolu bağlanaraq döyüldüyünü iddia edib.

“A24.az” Türkiyə mediasına istinadla xəbər verir ki, Sakarya Universiteti Siyasi Elmlər Fakultəsinin İqtisadiyyat bölümünün 3-cü kursunda təhsil alan Orxan İbrahimov dərsdə Ekonometrika fənnində müəllim F.S. tərəfindən təhqir edildiyini irəli sürüb. Azərbaycanlı tələbə hadisə ilə bağlı universitet rəhbərliyinə yazılı şəkildə şikayət ərizəsi təqdim edib. Şikayət etdiyi universitet müəllimi barəsində Sakarya Respublika Prokurorluğuna da müraciət etdiyini bildirib.

Orxan İbrahimov yaşanan hadisədən sonra onun universitetin təhlükəsizlik xidmətinin işçiləri tərəfindən qandallanaraq xüsusi bir otağa aparıldığını və orada döyüldüyünü iddia edir. Respublika Prokurorluğuna şikayət edən Orxan İbrahimov bunları deyib:

“İqtisadiyyat dərsinə girən F.S. məni və ölkəmi təhqir etdi. Universitet rəhbərliyinə şikayət etdim, müəllimin tərəfini tutdular. Müəllim üstümə iftira ataraq dəli olduğumu dedi. Sonda da “Bu bizi narahat edir!” deyərək təhlükəsizlik xidmətinin əməkdaşlarını çağırdı. İki həftə bundan əvvəl məni alıb apardılar, mühakiməsiz edam edərmiş kimi əl-qolumu qandalladılar və otaqda döydülər. Həmçinin məni hər cürə təhqir etdilər. Şikayət etmişəm. Mən bu hadisədə haqqımı tələb edəcəyəm”.

Sakarya Universitetinin Rektorluğu da daxil olmaqla mövzu ilə bağlı artıq araşdırmanın aparıldığı bildirilib.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00