Televizor alana qoz hədiyyə! "İngiltərədə bu kampaniyaya görə məhkəməyə verərlər" - MARKETOLOQ RƏYİ

Televizor alana qoz hədiyyə! “İngiltərədə bu kampaniyaya görə məhkəməyə verərlər” – MARKETOLOQ RƏYİ
Want create site? Find Free WordPress Themes and plugins.

Novruz bayramı ərəfəsində paytaxtda fəaliyyət göstərən mağazalar şəbəkəsi belə bir kampaniyaya start vermişdi:

A24.Az xəbər veirr ki, sosial şəbəkədə geniş müzakirə obyektinə çevrilən bu kampaniyanı, bəziləri Qara PR adlandıraraq, bunun da bir növ reklam olduğunu bildirirlər. Hətta bir çox media qurumu bunu əcaib kampaniya adlandırıblar.

İstehlakçılara elektron məhsul təqdim edən şirkətin belə bir kampaniya keçirməsi nə dərəcədə doğrudur?

Məsələ ilə əlaqədar A24.Az-a açıqlama verən marketoloq Tural Abdullayev bu addım ilə  “Kontakt Home”un hədəfinə çatdığını vurğuladı:

“Sizin mənə zəng etməyiniz, sosial şəbəkədə eləcə də cəmiyyət arasında bu kampaniyayanın müzakirə predmetinə çevilməsi bunun göstəricisidir. Artıq şirkət etmək istədiyini həyata keçirib. Kimisə təhqir etməyib, incitməyib və.s Sadəcə onların istəyi bunu vizuallaşdırmaq idi. Bunu da bacardı. Pis yaxşı artıq o müzakirə olunası məsələlərdir ki, belə olmasaydı elə olardı və.s Onların istəyi bu idi ki, hər kəs bu kampaniya haqqında danışsın. Birinci mərhələdə onları istəyinə çatıblar”.

Marketoloq məsələnin ikinci hissəsindən söz açdı:

“Hər hansı məhsul satışı həyata keçirən şirkət hədiyyə kampaniyasını təşkil etməyə də bilər. Etdiyinə görə, bu artıq onların plusu sayılır. Misal üçün bir kq fındıq 20 manatdır, 1 kq qoz 30 manatdı və.s Demək bu addım ilə mağaza nəsə verir. Artıq siz televizor alanda onun üstündə 1 manatlıq əlavə nəsə alırsız. Bu da yaxşıdımı pisdimi, artıq müzakirə mövzusuna çevrilir. Məsələn sizin televizora ehtiyacınız var. Baxırsız ki, 10 şirkət televizor satır. Hamısı da fərqli qiymətlərə. Hərəsi də məhsulun üstündə fərqli hədiyyələr verir. Siz bir alıcı kimi öz cibinizə uyğun hesablayıb, həmin məhsulu alırsız. Almamışdan öncə isə məhsulun üstündəki hədiyyələrin  qiymətlərini müqayisə edirsiz. Misal üçün bu şirkət 1 manatlıq hədiyyə verir, o biri şirkət isə 200 qram fındıq hədiyyə verir. Həmin an fındıqın 200 qramlıq qiymətini hesablayıb baha olduğunu görüb, gedib həmin dükandan televizor alırsız”.

“Məsələnin üçüncü tərəfi isə qoz fındıq kampaniyasının etik və ya qeyri etik olmasının, biznes qaydalarına uyğun olub və ya olmamasına gəlincə isə, biznes qaydasının yazanlar da şəxslərdir. Qaydaları pozanlar da, düzəliş edənlər də şəxslərdir. Şirkət olaraq onlar hədəfinə çatırsa, ordakı martekoloqun ideyası şirkətə imic qazandırırsa, bu onların uğurudur. Devalvasiyalardan sonra Azərbaycandakı şirkətlərin əsas məqsədi aqressiv satışdır. Nə yolla olursa, olsun, məhsul satılsın.  Marketoloq da baxır ki, şirkət rəhbəri deyir ki, nə yolla olursa, olsun məhsulu sat. O da fikirləşir ki, bu şirkətin rəhbəri belə deyirsə, şirkət mənim deyil ki, başqa hansısa addımı atım. Marketoloq elə olan halda başlayır belə bir kampaniya ideyası düşünür.
Ümumiyyətlə “Kontakt Home” araşdırmalardan sonra məlum olub ki, istifadəçilərə ən çox sms göndərən şirkətdir. Bu faktı bütün operatorlar da təsdiqləyir. Sms-in də dəyəri 1 qəpikdi. Şirkət bu 1 qəpiklə vizual yarada bilirsə, bunu özü çox böyük bir uğurdur. Misal üçün sən bu kampaniyanı İngiltərədə, Fransada etsən ya bazardan çıxararlar ya da məhkəməyə verərlər. Amma yerli bazarın tələbi nədirsə, sahibkarın tələbini marketoloq icra edirsə, artıq o məsələdə nə marketoloqu, nə də şirkəti qınamaq da olmaz. Baxırlar ki, bazarın tələbi nədirsə, ona görə hərəkət edirlər.
Ümumiyyətlə Azərbaycan kiçik bir ölkədir. Bir gündə məşhurlaşa da birlərsən, düşə də bilərsən. Necə ki, sosial şəbəkədə ötən həfətə “Unibank”ın reytinqini aşağı saldılar bax elə. “Kontakt Home” bu kampaniyası ilə uğur əldə etdi”  – deyə T.Abdullayev əlavə edib.

Kampaniyanı həyata keçirən “Konkat Home”la əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, hazırda marketinq şöbəsində heç kim yoxdur. Məsələyə münasibət öyrənmək üçün şirkətin marketinq şöbəsinə elektron məktub göndərsək də, sorğumuzu cavablandıran olmadı.

Məsələni diqqətdə saxlayacağıq…

Orxan Aslanlı, A24.Az

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Araşdırma
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar