A24 Xeber

Şaakaşvili teleaparıcı oldu

Şaakaşvili teleaparıcı oldu
580
28 Mart 2017 - 16:13

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixail Saakaşvili Ukraynanın “Zik” telekanalında “Druqaya Ukraina” (“Başqa Ukrayna”) həftəlik tok-şounun aparacısı oldu.

“A24.az” xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

M.Saakaşvili həmin səhifədə studiyanın fotosunu da yerləşdirib.

Onun ilk qonağı Ukrayna parlamentinin deputatı Vladimir Parasyuk olub.

“Biz “Zik”də “Druqaya Ukraina” verilişinin ilk çəkilişini etdik. Çox kəskin alınıb. Hər həftə sizə heç bir kanalın göstərmədiyi Ukraynanı göstərəcəyəm”, – deyə M.Saakaşvili vurğulayıb.

Qeyd edək ki, V.Parasyuk ölkədə fərqli düşüncəsi və mövqeyi ilə seçilən siyasətçilərdən sayılır. O, açıqlamaları ilə gündəm yaratmağı bacarır.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00