A24 Xeber

Bakıda ər keçmiş arvadını niyə qətlə yetirdi? – TƏFƏRRÜAT

Bakıda ər keçmiş arvadını niyə qətlə yetirdi? – TƏFƏRRÜAT
606
30 Mart 2017 - 11:10

Bakıda baş verən qətlin təfərrüatı məlum olub.

“A24.az” bildirir ki, “Report”un xəbərinə görə, Cəlilov İsrail İsmayıl oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızı ilə hadisədən bir neçə ay əvvəl boşanıb. İ.Cəlilov aliment ödəmədiyi üçün A.Cəlilova keçmiş həyat yoldaşından hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan əsəbləşən İ.Cəlilov keçmiş həyat yoldaşının yaşadığı ata evinə gələrək A.Cəlilovanın boğaz nahiyəsini bıçaqla kəsib. A.Cəlilova çoxlu qan itirərək dünyasını dəyişib. İ.Cəlilov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

İ.Cəlilovla A.Cəlilovanın birgə nikahından iki övladı var.

*****

08:22

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

“A24.az”ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə martın 29-da gecə saat 23:00 radələrində paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.

Bakı şəhər sakini Cəlilov İsrail İsmayıl oğlu Biləcəri qəsəbəsində keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Cəlilova Aysel Ulduz qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra İ. Cəlilov A. Cəlilovanı həmin evin vanna otağına gətirərək orada bıçaqla boğazını kəsərək öldürüb. Hadisəni törədən İ. Cəlilov qaçıb.

Məlumata görə, cütlük iki ay əvvəl boşanıbmış.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00