A24 Xeber

“Şərq bazarı” sökülür? – İcra hakimiyyətindən AÇIQLAMA

“Şərq bazarı” sökülür? – İcra hakimiyyətindən AÇIQLAMA
1. 530
30 Mart 2017 - 10:33

Mətbuatda paytaxın Nəiman Nərimanov rayonunda yerləşən “Şərq bazarı” kimi tanınan alış veriş mərkəzinin plana düşüb söküləcəyi ilə bağlı xəbərlər yayılıb. Dərc olunan xəbərdə həmçinin bazarın ətrafındakı binaların köhnə olduğundan plana düşdüyü də qeyd olunub.

A24.Az məsələni aydınlaşdırmaq üçün Nərimanov rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb. Nərimanov RİH başçısının birinci müavini Şahmar İbadov açıqlamasında bildirdi ki, “Şərq bazarı”nın sökülməsi ilə bağlı yayılan xəbərlər əsassızdır:

“Bazar yox, onun ətrafında olan bir mərtəbəli yaşayış evlərinin hamısı pilot layihə kimi plana düşüb. Düzdü ora bazara yaxın ərazilərdir. Amma “Şərq bazarı” tarixi memarlıq abidəsidir, o sökülməyəcək”.

Orxan Aslanlı, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00