"Azərbaycan zərbə endirərsə, Ermənistanda bir neçə əsr yaşayış olmayacaq" - Polkovnikin cavabı sərt oldu

“Azərbaycan zərbə endirərsə, Ermənistanda bir neçə əsr yaşayış olmayacaq” – Polkovnikin cavabı sərt oldu
Want create site? Find Free WordPress Themes and plugins.

“Azərbaycan da mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir”.

“A24.az” bildirir ki, bu sözləri hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ter-Tadevosyanın fikirlərinə münasibət bildirərkən deyib.

“Ter-Tadevosyanın belə çıxışları birinci dəfə deyil. Ermənilər mütəmadi olaraq belə çıxışlar edirlər. Mən belə başa düşdüm ki, onlar bir hərbçi kimi S.Sarkisyanın sözlərini dəstəkləməklə əsaslandırmağa çalışırlar. Ancaq bu fikirlərin hamısının əsasında yenə də bizə hədə-qorxu gəlmək istəyi dayanır. Bu günlər Qarabağ klanı aktivləşib, səbəb isə seçkiqabağı kampaniyada Ermənistanda iqtidarda olan partiyanın fəaliyyətini dəstəkləməkdir. Hər dəfə bu mövzuda müəyyən çıxışlar etməklə daha bir məqsəd seçkiqabağı kampaniyada maksimum dividentlər qazanmaqdır.

Şair Ramaldanov

Şair Ramaldanov aprel döyüşlərindən danışarkən isə, erməni tərəfini Azərbaycana iftira atmaqda, yalandan açıqlamalar verməkdə ittiham edib:

“O ki qaldı Ter-Tadevosyanın özünün dediklərinə – mən birinci nəyə diqqət yetirmək istəyirəm – onun açıqlamaları tamamən yalanlar, iftiralar üzərində qurulub. O deyir ki, aprel hadisələri zamanı Azərbaycan hücum əməliyyatı keçirib. Əslində isə Azərbaycan əks-həmlə əməliyyatı keçirərək düşmən təxribatının qarşısını alıb. Ermənilər martın sonlarında və aprel ayının əvvələrində müəyyən bir şəkildə aktiv hərəkətə keçdilər. Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində düşmənin qarşısını aldı və əks zərbə əməliyyatı keçirərək bir sıra məntəqələri, xüsusilədə bəzi yüksəklikləri azad etdi və həmin ərazilərə yaxın olan yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etdi. Bu Azərbaycan ordusu tərəfindən mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatdır. Hücum əməliyyatı deyil. Çünki hücum əməliyyatı keçirən tərəf müəyyən hazırlıqlar görür. İndi mənim o “general”a taktikadan dərs verəmək fikrim yoxdur, nə də onu öyrətmək istəmirəm ki, hücum əməliyyatı keçirəndə hansı tədbirlər görülür. O ki qaldı 12 məntəqənin və yaxud hədəflərin vurulmasına – niyə 12-dir? 14-15 yada 20 deyil? Bunlar açıqlanmır. Bizim bütün obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən havadan daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda Hərbi Hava Qüvvələri tərəfindən mühüm obyektlər havadan mühafizə və müdafiə olunur. Bütün ola biləcək təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi? Ermənistan ancaq vuraram, dağıdaram, bunu edərəm, onu edərəm deyə boş-boş fərziyələr söyləməklə Ermənistan cəmiyyətinin diqqətini əsas məsələlərdən yayındırmaqla məşğuldur. Azərbaycan isə “Ermənistan cəmiyyəti, əsgər anaları(!), əgər siz övladlarınızı itirmək istəmirsinizsə, işğal olunmuş Azərbaycan torpaqlarından çıxın” – deməklə yenə də məsələnin sülh yolu ilə, qansız-qadasız həllinə çalışır. Biz bir qarış torpağı belə düşmənə güzəştə getməyəcəyik. Əminəm ki, Ermənistan öz işğalçı niy­yə­tin­dən əl çəkmədiyi təqdirdə aprel döyüşləri kimi Azərbaycan əsgərinin qələbəsi ilə bitən əks zərbə əməliyyatlarımız hələ çox olacaqdır. Ərazi bütövlüyümüz təmin olunana qədər. Bu zaman düşmən itkiləri də, gözüyaşlı erməni anaları da saysız-hesabsız olacaqdır. Yəni belə mənasız hədə-qorxu dolu bəyanatlar erməni xalqının faciəsinə gətirib çıxaracaqdır. Bütün bu hədə qorxu dolu fikirlərin dilə gətirilməsi daha çox Azərba­y­canın hərbi qüdrətinin güclənməsi ilə bağlıdır. Azərbaycan iqtisadiyatının inki­şafı, daxili sabitlik, Azərbaycan Ordusunda aparılan uğurlu işlər qarşı tərəfi qorxu və vahimə içində saxlayır. Mənə elə gəlir ki, ermənilərin bu tip boş hədələri bizim gücümüzə, qüdrətimizə və gələcəkdə torpaqlarımızı azad etməkdə israrlı olmağımızla da bağlıdır”.

Hərbi ekspert düşmən tərəfin “İskəndər” raketlərindən istifadə edəcəkləri ilə bağlı təhdidlərə isə belə qarşılıq verib:

“Onlar yaxşı bilirlər ki, Azərbaycan Ordusu düşmən təxribatlarına lazımı səviyyədə cavab verməyə hər an qadirdir. Bir də ki, “İskəndər” raketləri ilə bizim 12 məntəqəyə və bir çox hədəflərə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi də yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sis­tem­ləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənis­tan­da yerləşən bütün strateji və hərbi obyektləri yerlə yeksan etməyə qadirdir. Təkcə “Metsamor” Atom Elektrik stansiyasını hədəfə çevirmək kifayət edir. Bu baş verərsə, Ermənistan ərazilərində bir neçə əsr yaşayış belə olmayacaq. Əgər ora zərbə endirilərsə, Ermənistan nə günə qalcaq, hansı faciələri yaşayacaq? Bizə hədə qorxu gəlməmişdən, “İskəndər” – “İskəndər” deyərək çığır-bağır salmamışdan qabaq bunu düşünsələr daha məqsədə uyğun olardı”.

Orxan Aslanlı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar