A24 Xeber

Hündür dabanlı ayaqqabılarla asan gəzə bilməyin ÜSULLARI

Hündür dabanlı ayaqqabılarla asan gəzə bilməyin ÜSULLARI
133
06 May 2018 - 12:41

Dabanlı ayaqqabılar qadınların vaz keçə bilmədiyi geyimdir. Hər qadın dabanlı ayaqqabı geyinməyi sevir, amma uzun müddətli həmin ayaqqabılarla gəzmək işgəncəyə çevrilir. Lakin bir neçə məsləhət qadınların rahat gəzməsinə şərait yaradacaq.

“A24.az” həmin məsləhətləri təqdim edir:

1-Hündür dabanlı ayaqqabınızı çöldə geyinməzdən əvvəl evdə geyinib gəzərək ayağınızı öyrəşdirməyə çalışın. Həm də bu şəkildə ayaqqabılarınızın bir qədər açılmasına şərait yaradacaq, çöldə gəzərkən rahat olacaqsınız.

2- Hündür dabanlı ayaqqabıların digər modellər kimi boşalacağını düşünməyin. Əgər ayağınıza uyğun ölçü yoxdursa və o ayaqqabını almaq istəyirsinizsə, bir ölçü qədər böyüyünü seçin. Ayaqqabının böyük olması, kiçik ölçüdə olmasından daha yaxşıdır.

3- Nazik dabanlı ayaqqabılar gözəl görünə bilər, ancaq bədəni üzərində saxlamaq çətindir. Bunun yerinə bir qədər qalın dabanlı ayaqqabılar seçə bilərsiniz. Daban nə qədər qalın olarsa, atacağınız addımlar da o qədər asan və rahat olar.

4- Platforma dabanlı ayaqqabılar barmaqlara düşən ağırlığı olduqca azaldır. Ayaqlarınız platforma dabanlı ayaqqabılarda əyilməz, rahat gəzə bilərsiniz və görünşünüzə də eyni hava qatacaq.

5- Bağı olan dabanlı ayaqqabılar seçin. Əgər nazik dabanlı ayaqqabı istəyinizdən vaz keçə bilmirsinizsə, o zaman topuqdan bağlanananı seçin. Bu cür ayaqqabılar ayaqlarınızı qoruyacaq, yıxılmağın qarşısını alacaq və yeriyən zaman sizə dəstək verəcək.

6-Bundan başqa ayaqqabının içinə qoyulan gel yastıqçalar xilasediciniz ola bilər.

7- Yara bantları ilə ayaqlarınızda problem yaşanacaq hissəni qoruya və yerişinizdə yaranacaq əngəlin qarşısını ala biləcəksiniz.

A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00