Hüquq müdafiəçiləri Əfv Komissiyasına siyahı təqdim etdilər

Hüquq müdafiəçiləri Əfv Komissiyasına siyahı təqdim etdilər
Want create site? Find Free WordPress Themes and plugins.

May ayında görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95 illiyi və 28 mayda Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar əfv sərəncamının imzalanacağı və amnistiya aktının qəbulu gözlənilir. Artıq Əfv Məsələləri Komissiyası bu ilin ilk aylarında iclaslara start verib. Amnistiya aktnın qəbulu üçün isə parlamentdə təkliflər irəli sürülüb.

Nazirlər Kabinetinin tərkibində baş verən dəyişikliklər, yeni rəhbərlərin Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev tərəfindən kollektivlərə təqdim edilməsi mərasimlərinin keçirilməsi Əfv Məsələlələri Komissiyasının iclaslarında fasilələrə səbəb olub. Artıq təyinatların hamısı gerçəkləşdirildiyindən növbəti həftədən Komissiyanın iclaslarının davam etdiriləcəyi gözlənilir. Məlum olduğu kimi, PA rəhbəri eyni zamanda, Əfv Məsələləri Komissiyasının sədridir. Komissiyasının üzvlərinin bir qismini isə nazirlər təşkil edir.

Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, növbəti həftədən iclaslar daha intensiv şəkildə keçiriləcək.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun Modern.az-a verdiyi məlumata görə, onların siyahısı Komissiyaya təqdim edilib:

“Bizim təqdim etdiyimiz siyahıda uzun illərdir azad olunmasını gözlədiyimiz şəxslər, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov, REAL sədri İlqar Məmmədov, gənc fəallar, blogerlər və başqaları var. Ümid edirik ki, budəfəki əfvlə siyahımızdakı insanların hamısı azadlığa qovuşacaq”.

Hüquq müdafiəçisinin sözlərinə görə, onların təqdim etdiyi siyahıda təxminən 20 məhbusun adı var:

“Məndə olan məlumata görə, budəfəki əfv daha geniş tərkibdə olacaq. Həm də bu dəfə müraciətlər daha çoxdur. Yəqin ki, Komissiyanın işləri də artıq yekunlaşmaq üzrədir. Məhbuslarda vəkil vasitəsilə, fərdi qaydada, deputatlar vasitəsilə, hüquq müdafiəçiləri vasitəsilə müraciət edənlər var. Onların arasında həmçinin, Avropa Şurasının müraciəti də var. Çox istərdim ki, gözlənildiyi kimi əfv fərmanı geniş tərkibli olsun və daha çox məhbusa şamil edilsin”.

A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar