A24 Xeber

Hüseyn Dəryanın doğum günüdür – FOTO

Hüseyn Dəryanın doğum günüdür – FOTO
139
29 İyun 2017 - 11:19

Bu gün mərhum reper Hüseyn Dəryanın ( Muradov) doğum günüdür. A24.az-ın məlumatına görə, H.Dərya 1975-ci ilin bu günündə  Bakının Bakıxanov qəsəbəsində dünyaya göz açıb. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxuyub. Daha sonra o, könüllü olaraq öz təhsilindən imtina edərək, hərbi xidmətə yollanıb, Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olub.

İlk dəfə meyxana və muğamla repi sintez edib. 2004-cü ildə “İlin ən yaxşı reperi”, “İlin ifaçısı” və “İlin albomu” nominasiyalarını qazanıb. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. “Yaşa, Azərbaycan” adlı prezident mükafatına da layiq görülüb.

Qeyd edək ki, Hüseyn Dərya martın 15-də avtomobil qəzasında dünyasını dəyişib. Reperin ilk evliliyindən qızı, ikinci həyat yoldaşından isə oğlu var.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00