İbrahim Tatlısəsi təhdid etdilər: “Oğlun İdonu öldürəcəyik”

İbrahim Tatlısəsi təhdid etdilər: “Oğlun İdonu öldürəcəyik”
Want create site? Find Free WordPress Themes and plugins.

Türkiyəli müğənni İbrahim Tatlısəs ona zəng edib təhdid edən şəxslərin kimliyini müəyyən etmək üçün polisə müraciət edib.

“A24.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlısəs oğlumun can və mal təhlükəsizliyinin təmin edilsini də tələb edib.

İyunun 28-də İbrahim Tatlısəs oğlunun və özünün albomlarını paylayan şirkət “Esen Müzik”ə gedib. Bu zaman şirkətə məxsus telefona zəng gəlib. Nömrəsi məlum olmayan zəng işçi tərəfindən cavablandırılsa da, zəng edən şəxs “İbrahim Tatlısəsin oğlu İdonu öldürəcəyik” şəklində sözlər deyərək telefonu yerə qoyub.

İbrahim Tatlısəs isə vəkilinin vasitəsiylə prokurorluğa müraciət edib və bildirib ki, oğlu İdo və Ahmet Tatlısəs dəfələrlə öldürülmələriylə bağlı təhdidə məruz qalıblar. Müğənni müraciət ərizəsində İdonun Yalovada baş tutacaq konsertinə ölüm təhdidi ilə çıxmaq məcburiyyətində qaldığını və konsertin güclü təhlükəsizlik tədbirləri altında gerçəkləşməsini bəyan edib.

Daha sonra Tatlısəs İdonu ölümlə təhdid edən şəxsin cəzalandırılmasını və oğlunun can təhlükəsizliyinin təmin edilməsini istəyib. Müğənninin şikayətindən sonra prokurorluq araşdırmaya başlayıb.

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Şou-biznes
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar