A24 Xeber

İbrahimoviç: “Fənərbaxçadan başqa klub tanımıram”

İbrahimoviç: “Fənərbaxçadan başqa klub tanımıram”
177
25 İyun 2017 - 15:40

Fənərbaxça futbol klubunun prezidenti Əziz Yıldırım növbəti sezon güclü bir heyət yığmaq üçün dünya ulduzlarına elçi düşmək qərarına gəlib.

A24.Az xəbər verir ki, Yıldırımın bu dəfəki hədəfi isveçli futbolçu Zlatan İbrahimoviçdir.

Türkiyə mətbuatının sözlərinə görə klub prezidenti artıq transfer üçün işə başlayıb.

Əziz Yıldırımın niyyəti bir sezonluq da olsa İbrahimoviçə zolaqlı ( sarı- lacivərd) formanı geyindirmək və bununla da dünya mediasına gündəm olmaqdır.

Qeyd edək ki, klub prezidenti iki sezon öncə ulduz futbolçunun meneceri ilə görüşdüyünü dilə gətirmişdi.

“İbrahimoviç Türkiyə super liqasında oynasa sadəcə Fənərbaxçada oynayacağını deyib. Hətta bu transfer dövründə başqa türk komandasına getsə mənə 10 milyon avro cərimə ödəyəcəyini dedi”.

Nərmin Kərim, A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00