İcazəsiz mitinqdə POLİS MÜDAXİLƏSİ: Saxlanılanlar var

İcazəsiz mitinqdə POLİS MÜDAXİLƏSİ: Saxlanılanlar var
Want create site? Find Free WordPress Themes and plugins.

Rusiyanın bir sıra şəhərlərində müxalifətçi Aleksey Navalnının tərəfdarları icazəsiz mitinqlər keçirirlər.

Bu barədə “A24.Az” “Reporta”a istinadən xəbər verir.

Məlumata görə, etiraz aksiyaları Moskva, Sankt-Peterburq, Krasnoyarsk və digər şəhərlərdə təşkil olunub.

Krasnoyarskda keçirilən icazəsiz mitinq zamanı polis az 15 nəfəri saxlayıb. Şəhər polisinin nümayəndələri kütləyə mitinqin keçirilməsinə icazə verilmədiyini bildirib və onlardan dağılışmalarını istəyib. Amma buna məhəl qoymayan nümayişçilər mərkəzə doğru irəliləyib. Bu zaman polis onların hərəkət istiqamətinin qarşısını kəsərək bir neçə etirazçını avtobusa və polis maşınına qoyaraq aparıb.

Xatırladaq ki, mayın 7-də Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasimi keçiriləcək.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Hadisə, Dünya
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar