İcra başçılarının müavinləri ilə bağlı tələb ləğv edildi

İcra başçılarının müavinləri ilə bağlı tələb ləğv edildi
Want create site? Find Free WordPress Themes and plugins.

İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və müavini də test imtahanından keçməyəcək.

Azərbaycanda yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsi barədə tələb ləğv edilib.

“A24.az” bildirir ki, bu, Nazirlər Kabinetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda etdiyi dəyişiklikdə əksini  tapıb.

Dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.

Qeyd edək ki, Nazirlər Kabineti “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nı 2017-ci il 10 mart tarixli qərarı ilə təsdiq edib. Qərara əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat verilir. Həmin qərarda katibə, kargüzar, sürücü və liftçinin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsinə dair tələb əksini tapıb. Ancaq Nazirlər Kabineti 27 noyabr 2017-ci il tarixli qərarı ilə “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda dəyişiklik edib və dövlət orqanlarında işə götürülən katibə, kargüzar, sürücü və liftçinin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsinə dair tələbi ləğv edib.

APA

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar